Polis 300 min manatdan çox qiyməti olan pirotexniki vasitə aşkarladı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis 300 min manatdan çox qiyməti olan pirotexniki vasitə aşkarladı - VİDEO

Qafar Ağayev15:26 - 11 / 12 / 2023
Polis 300 min manatdan çox qiyməti olan pirotexniki vasitə aşkarladı - VİDEO

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasından ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb.

Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış qiyməti 300 min manatdan artıqdır.

Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.

Paylaş:
402

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər