Milli Məclisin deputatları Moskvada beynəlxalq konfransda iştirak edəcəklər
Milli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu” mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.
1news.az xəbər verir ki, Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələrin dinlənilməsi və Rusiya Dövlət Dumasında təmsil olunan fraksiyaların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfər dekabrın 15-də başa çatacaq.
175