Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Qafar Ağayev12:59 - 11 / 12 / 2023
Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.12.2023 - 10.12.2023) açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 87 piyada əleyhinə mina, 84 tank əleyhinə mina, 340 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər