Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb

12:22 - 12 / 12 / 2023
Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir:

“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər