FHN əməkdaşları ötən sutka 4 nəfəri xilas edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları ötən sutka 4 nəfəri xilas edib

Qafar Ağayev10:26 - 13 / 12 / 2023
FHN əməkdaşları ötən sutka 4 nəfəri xilas edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 13 nəfər, o cümlədən avtoqəzalar nəticəsində nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 4 nəfər xilas edilib, yanğın zamanı 50-si azyaşlı olmaqla 65 nəfər təxliyə olunub.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər