Sabah Bakı metrosunun bütün stansiyalarında iş rejimi 1 saat uzadılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakı metrosunun bütün stansiyalarında iş rejimi 1 saat uzadılır

Qafar Ağayev11:45 - 13 / 12 / 2023
Sabah Bakı metrosunun bütün stansiyalarında iş rejimi 1 saat uzadılır

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən 1news.az-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 1-ə qədər sərnişinlərin girişinə açıq olacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sərnişinlərin səmti rahatlıqla müəyyən etməsi, nizamlı hərəkətini təşkil etmək məqsədilə əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

“28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Paylaş:
255

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər