TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır - VİDEO

14:04 - 14 / 12 / 2023
TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır - VİDEO

TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır.

Booktok fenomeni bütün dünyada sensasiyaya çevrildi: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini TikTok-da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icmasıdır və BookTok həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün biz #kitabfest - mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla TikTok-da Boktok-u lokallaşdırdıq. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb.

Bundan əlavə, bu yay TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitab Gününü qeyd etməyə və #booktokazerbaijan həştəqindən istifadə edərək onların mütaliə sevgisi haqqında videolar paylaşmağa dəvət edib. Təşəbbüs çərçivəsində videolar 13 milyondan çox baxış toplayıb. Beləliklə, ümumilikdə Azərbaycanda ədəbiyyatla bağlı videoçarxlar artıq 30 milyon dəfədən izlənilib.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər