Dəmir yolu ilə sərnişin daşımaları kəskin artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında 16,7 mln. ton yük, 6342,3 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8% azalma, sərnişin daşınmasında isə 39,9% artım müşahidə olunub.
Məlumata görə, orta hesabla sutkada 366 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
242