Bakıda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

11:13 - 15 / 12 / 2023
Bakıda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

- obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

- obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

Paylaş:
181

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər