Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır - FOTO

1news Redaksiyası12:10 - 15 / 12 / 2023
Xaçmazda qanunsuz ağac emal edən sexlər barədə araşdırma aparılır - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Xaçmazda təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma aparır.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər