Abşeronda 10 gün əvvəl maşın vuran 70 yaşlı kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 10 gün əvvəl maşın vuran 70 yaşlı kişi ölüb

15:34 - 18 / 12 / 2023
Abşeronda 10 gün əvvəl maşın vuran 70 yaşlı kişi ölüb

Abşeron rayonunda 10 gün əvvəl maşın vuran 70 yaşlı kişi bu gün ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayon Saray qəsəbəsində baş verib.

Belə ki, 10 gün öncə Ələsgər Səfər oğlu Əmirxanovu “Opel” markalı maşın vurub. Xəstəxanaya çatdırılan yaralıya tibbi yardımlar göstərilsə də, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
189

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər