3-cü dəfə Azərbaycanın sevilən suyu seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

3-cü dəfə Azərbaycanın sevilən suyu seçildi

15:45 - 18 / 12 / 2023
3-cü dəfə Azərbaycanın sevilən suyu seçildi

Azərbaycanın qablaşdırılmış içməli su bazarında əhaliyə təqdim edilən bir neçə su markası mövcuddur.

Onların alıcılıq qabiliyyəti və rəqabət payı üzrə “ERA Marketing Center” tərəfindən aparılan ənənəvi araşdırma başa çatıb.

Araşdırmada əhali arasında sorğu keçirilərək yüksək tələbatlı su markalarının siyahısı hazırlanıb. Maraq üçün qeyd edək ki, suallar beynəlxalq standartlara uyğun verilir və sorğu əhatə dairəsinə görə bütün bölgələri əhatə edir.

Builki sorğuda iştirak edən respondentlərin rəyinə əsasən, aşağıda qeyd olunan 5 göstəricinin ümumi ortalaması üzrə "Sirab" markası digər markalar ilə müqayisədə daha üstün göstəriciyə sahib olub.

Ölkənin sevimli su markası aşağıdakı 5 fərqli indeksə görə hesablanıb.

1. Real dəstəkçi göstəricisi (Loallıq –NPS)

2. Məmnuniyyət indeksi (CSAT)

3. Ümumi təəssürat

4. Keyfiyyət qavranışı

5. Qiymət –keyfiyyət balansı/marka dəyəri qavranışı

2023-cü ilin sonunda istehlakçılar arasında aparılan sorğunun nəticəsində “Sirab” brendi liderliyini qoruyub. Müxtəlif kriteriyaları əsas götürən istehlakçıların çoxu “Sirab” adını çəkib. Beləliklə "Sirab" üçüncü dəfə Azərbaycanın sevilən suyu seçilib.

“Sirab” Satış və Dağıtım MMC-nin təsisçisi və direktoru Alper Yaycılı təmsil etdiyi markanın liderliyini qorumasını belə əsaslandırıb: “Azərbaycanın müxtəlif ərazilərində yaşayan “Sirab” istifadəçilərinin sorğuda markamızı seçməsi qürurludur. “Sirab” məhz müştərilərin - onu seçənlərin sayəsində liderliyini qoruyur. Bizə görə hər bir müştərinin rəyi – dəstəyi çox önəmlidir.

Media vasitəsilə “Sirab”ı seçdiklərinə görə insanlara təşəkkür edirəm. Azərbaycan torpağına bəxş olunan təbii su ehtiyatı olan “Sirab”ı süfrəyə daşımağın məsuliyyətini dərk edirik. “Sirab” markasının öz sahəsində öndə olması həm də onun milyonlarla müştərisinin düzgün seçim etməsi deməkdir. “Sirab” təbii mineral müalicəvi süfrə suyu illərdi etimadı doğruldur və keyfiyyətini qoruyur. Bu gün “Sirab” təkcə Azərbaycanda deyil, həm xarici ölkələrdə tanınan və sevilən milli brendimizdi. Keyfiyyətimiz bizim uğurumuzun əsas sirridir”

“Sirab” 70 ildən çox müddətdə istehlakçının gözləntisini doğruldur. Minerallarla zəngin olan “Sirab” suyunun Azərbaycanla yanaşı ABŞ, Kanada, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Kuveyt, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yeri var. Bu o deməkdir ki, “Sirab” mineral suyu Avropa bazarında da layiqli yerini tutub.

Qeyd edək ki, “Sirab” markası Azərbaycan idmanının qüruru “Qarabağ” FK və Azərbaycan Voleybol Federasiyasının rəsmi su təminatçısıdır.

Reklam hüququnda

Paylaş:
311

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər