Qubadlının Xanlıq kəndinin gələcək görüntüsü - FOTO - VİDEO
Qubadlı rayonunun Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq.
Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən 1news.az-a verilən məlumata görə, kənd işğal dövründə tamamilə dağıdılıb.
Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.
312