“Cartier” Evi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qış möcüzəsi” adlı musiqili tamaşa təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cartier” Evi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qış möcüzəsi” adlı musiqili tamaşa təqdim edib - FOTO

15:50 - 19 / 12 / 2023
“Cartier” Evi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qış möcüzəsi” adlı musiqili tamaşa təqdim edib - FOTO

Yeni il bayramı ərəfəsində “Cartier” Evi və “Italdizain” şirkəti öz gənc dostları və onların valideynləri üçün xüsusi hədiyyə hazırlayaraq, onları “Qış Möcüzəsi” musiqili caz tamaşasına dəvət edib.

Yalnız dəvətlilər üçün nəzərdə tutulmuş bu tamaşa dekabrın 9-da baş tutub.

Qış möcüzəsi” Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun öz qızına həsr etdiyi “Uşaq lövhələri” adlı 12 qısa musiqili pyesdən ibarət silsilə əsasında hazırlanmışdır və musiqi ilə nəfəs alan balaca qız haqqında 12 caz miniatüründə şifrələnmiş ecazkar musiqi səyahətidir. Yeni il ərəfəsində artıq yetkin yaşda olan baş qəhrəmanın həyatında möcüzə baş verir və o, özünü uşaqlıq dövründə, böyüdüyü evdə görür. Xatirələrə dalaraq keçmişə səyahət edən baş qəhrəman yenidən öz ilham mənbəyinə qayıdır və sevimli bəstəkar atasının şəninə musiqi bəstələdiyi balaca qıza çevrilir.

Bu Yeni il tamaşası nəsillər arasında əlaqə, varislik, Azərbaycan klassiklərinin musiqi irsinə hörmət və onun çağdaş təcəssümü, uşaqlıq dövründə dayaq və ilham axtarışı, sevginin gücü, eləcə də valideynlər və uşaqlar arasında qırılmaz bağ kimi mühüm ümumbəşər məsələlərə toxunur.

Tamaşanın quruluşçu rejissoru Anton Morozovdur və bu tamaşada baş rolları Azərbaycanlı müğənni, bəstəkar və musiqiçi Diana Hacıyeva və onun qızı Savvara Nəsib ifa edirdilər. Diana Hacıyeva həm də tamaşanın bəstəkarı və xor aranjemançısıdır. Tamaşada səslənən mahnıların sözləri isə İbrahim İbrahimova məxsusdur. Tamaşanın qrafikası hazırlanan zaman “Cartier” Evinin əsas estetik kodlarından biri - “Art Deco” üslubunun elementləri ilham mənbəyi olmuşdur.

Tamaşa başlamazdan əvvəl qonaqları “Cartier” Evinin Rusiya və MDB ölkələri üzrə idarəedici direktoru Sergey Xiruntsev və “ITALDIZAIN” şirkətinin baş direktoru Mariya Şişova salamlamışlar.

“ - Bu gün Azərbaycanın zəngin mədəniyyəti ilə yenidən təmas etmək bizim üçün çox dəyərli bir fürsətdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olmaq və dahi bəstəkar Fikrət Əmirovun irsinə müraciət etmək özü böyük şərəfdir. Yeniliklərə imza atmaq, kəşflər etmək və insanları bundan sonra da təəccübləndirmək bizim ən ümdə vəzifəmizdir”. Sergey Xiruntsev.

“ - “Italdizain” şirkəti olaraq, biz öz missiyamızı ölkənin mədəni irsini dəstəkləməkdə görürük. “Cartier House” brendi bu layihəni ərsəyə gətirmək üçün Azərbaycan mədəniyyətində böyük xidmətləri olmuş dahi bəstəkar Fikrət Əmirovun əsərlərindən ilham almışdır və həqiqətən də biz bunu yüksək qiymətləndiririk”. Mariya Şişova.

“Qış möcüzəsi” musiqili tamaşasını fərqləndirən cəhətlərdən biri də onun dinamikliyi və istənilən yaşda tamaşaçıların interaktiv iştirakı idi, belə ki, onlar həmin axşam caz orkestrinin bir üzvü olmaq imkanı əldə etdilər. “Qış möcüzəsi” tamaşası bayrama hazırlıq çərçivəsində parlaq məqam olmaqla yanaşı, həm də Azərbaycan klassiklərinin musiqi irsinin qorunub saxlanması və növbəti nəsillərə ötürülməsi, eləcə də nəsillər arasında əlaqənin möhkəmləndirilməsi baxımından mühüm addım oldu.

Reklam hüququnda

Paylaş:
279

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər