Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

13:36 - 20 / 12 / 2023
Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

Qızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən üst səviyyədədir.

1news.az "Report"a istinadən verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qızılca ilə bağlı vəziyyət stabildir: "Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir".

O qeyd edib ki, xəstəxanalarda heç bir sıxıntı yoxdur: "Aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verir, lakin bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir".

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər