AZAL Pekin istiqamətində uçuşlara başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Pekin istiqamətində uçuşlara başlayıb - FOTO

16:17 - 20 / 12 / 2023
AZAL Pekin istiqamətində uçuşlara başlayıb - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib.

AZAL-ın təyyarəsi dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.

AZAL-dan 1news.az-a verilən məlumata görə, reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.

Tədbirdə bu marşrutun iki ölkə arasındakı iqtisadi, siyasi, mədəni və turizm əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Paylaş:
328

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər