Kamaləddin Qafarov: “COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq”

11:05 - 20 / 12 / 2023
Kamaləddin Qafarov: “COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq”

“Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi yüksək nailiyyətlərin sayı və önəmi artmaqda davam edir.

Bir neçə gün bundan öncə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, ölkəmizə qarşı bu münasibət, ilk növbədə, cənab Prezident İlham Əliyevin uzun illər boyu həyata keçirdiyi gərgin fəaliyyəti, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyi və yürütdüyü müstəqil siyasəti sayəsində formalaşmışdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Hətta Ermənistanın belə artıq yaranmış reallıqlarla barışdığı halda, Fransanın öz destruktiv mövqeyini ortaya qoyması, bu ölkənin bəzi siyasi liderlərinin ermənilərdən daha çox erməni olmağa çalışmaları anlamına gəlir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq birlik heç də 30-40 ölkədən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.”

K.Qafarov COP29-un öz tarixi ərzində ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbir olduğunu vurğulayaraq deyib: “Azərbaycan bu günə qədər bir çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. O cümlədən, bu il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə keçirildi. COP29 bu tədbirlərdən həm əhəmiyyətinə, həm də miqyasına görə çox fərqli olacaq. Cənab Prezident, müəyyən ehtimallara görə, tədbirdə təqribən 70-80 min xarici qonağın iştirak etmək üçün ölkəmizə səfər edəcəklərini bildirdi. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, “yaşıl enerji” növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir”.

Paylaş:
139

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər