Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

17:21 - 21 / 12 / 2023
Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Hacıqabulda yol qəzası baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
275

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər