Binə qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO

Qafar Ağayev10:38 - 23 / 12 / 2023
Binə qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 2 ədəd G-303-CSS tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
343

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər