Könül Nurullayeva: “Prezident İlham Əliyevin uğurlu strategiyası bölgənin statusunu dəyişib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: “Prezident İlham Əliyevin uğurlu strategiyası bölgənin statusunu dəyişib”

11:25 - 25 / 12 / 2023
Könül Nurullayeva: “Prezident İlham Əliyevin uğurlu strategiyası bölgənin statusunu dəyişib”

Son 20 il müasir Azərbaycanın inkişaf tarixində tam yeni mərhələ kimi xarakterizə olunur.

Belə ki, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın daha da güclənməsinə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin illik sosial müdafiə xərclərində artım 20 dəfədən çox olub. İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard dollara qədər yüksəlib.

Azərbaycan son 20 ildə həm də qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi etimad qazanıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsini, bölgədəki əməkdaşlığın dərinləşməsini şərtləndirib. BMT, Qoşulmama Hərəkatı kimi nüfuzlu təsisatlarda yüksək səviyyəli təmsil olunmaq ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. BMT-nin ən böyük toplantılarından biri – COP-29-un gələn il Azərbaycanda keçirilməsilə bağlı qərar da beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsidir.

Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoqun aktuallığı beynəlxalq münasibətlər sistemində qorunmaqdadır.

Son 3 ildə isə regionda yaranmış yeni reallıq da məhz Azərbaycanın adı ilə bağlıdır. 2020-ci il 44 günlük müharibədə qazandığımız böyük qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmaqdadır. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib. Region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verməkdədir.

Təsadüfi deyil ki, müharibədən sonra Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Artıq həm regionda, həm də Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Azərbaycan yalnız özünün maliyyə resursları hesabına sıfırdan yeni şəhər və kəndlər salır. Şəhərsalma sahəsində müasir layihələr reallaşmaqdadır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılıb.

İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb. 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib ki, bu da həmin ərazilərdə təhlükəsiz mühitin yaradılması deməkdir.

İşğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtması son üç ildə əsas prioritetdir. Böyük Qayıdış və bərpa quruculuq işlərinin uğurla davam etdirilməsi dövlətimizin gücünü və iradəsini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 30-dan çox yaşayış məntəqəsinin təməli qoyulub. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. İlin sonuna qədər isə ümumilikdə 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq insanın geri qayıdışı nəzərdə tutulur. Əsas məqsəd vətəndaşlarımızı layiqli həyat şəraiti ilə təmin etməkdir.

Ümumilikdə isə 2023-cü il bir çox vacib hadisələrlə tarixə düşdü. Belə ki, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Bu il oktyabrın 15-də isə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu isə suverenliyimizin tam bərpası idi. 20 il əvvəl xalqın etimadını qazanan Prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağının işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağını bəyan etmişdi. Bu gün tam qürurla deyə bilirik ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edilib. Azərbaycan bundan sonra da müzəffər dövlət kimi daha böyük uğurlar qazanacaq.

Könül Nurullayeva, Milli Məclisin deputatı

Paylaş:
308

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər