ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Qafar Ağayev14:20 - 26 / 12 / 2023
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə 1news.az-a Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Paylaş:
257

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər