Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

09:01 - 26 / 12 / 2023
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı və 1 ədəd pəncərə qarsalanıb.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər