Elektroskuter sürücüsü qırmızı işıqda keçdi, maşın onu vurdu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektroskuter sürücüsü qırmızı işıqda keçdi, maşın onu vurdu - VİDEO

Qafar Ağayev10:12 - 26 / 12 / 2023
Elektroskuter sürücüsü qırmızı işıqda keçdi, maşın onu vurdu - VİDEO

Svetoforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir.

Paylaş:
901

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər