ADY bayram günlərinə görə Bakı-Ağstafa marşrutu üzrə daha 3 qatar reysi təyin edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY bayram günlərinə görə Bakı-Ağstafa marşrutu üzrə daha 3 qatar reysi təyin edib

Qafar Ağayev17:14 - 27 / 12 / 2023
ADY bayram günlərinə görə Bakı-Ağstafa marşrutu üzrə daha 3 qatar reysi təyin edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Məlumata görə, əlavə qatar reysləri dekabrın 31-də saat 16:00-da və yanvarın 3-də saat 07:50-də Bakıdan Ağstafaya, yanvarın 3-də saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Paylaş:
269

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər