Tarix abidələr barədə məlumatlar dövlət şəhərsalma kadastrına yerləşdiriləcək
Tarix və mədəniyyət abidələri barədə məlumatlar dövlət şəhərsalma kadastrına yerləşdiriləcək.
1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”də əksini tapıb.
Fərmana əsasən, dövlət şəhərsalma kadastrı məlumatlarına aşağıdakılar aiddir:
- torpaq sahəsinin texniki göstəricilərinə dair məlumatlar;
- mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) barədə məlumatlar;
- yağış sularının axıdılması sistemlərinin infrastrukturuna dair məlumatlar;
- tarix və mədəniyyət abidələri və onların mühafizə zonaları barədə məlumatlar;
- nəqliyyat infrastrukturu barədə məlumatlar;
- meliorasiya və irriqasiya infrastrukturuna dair məlumatlar;
- bina və qurğuların texniki göstəriciləri barədə məlumatlar.