İçərişəhərdə “Qurama Art” sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə “Qurama Art” sərgisi açılıb - FOTO

Qafar Ağayev10:05 - 27 / 12 / 2023
İçərişəhərdə “Qurama Art” sərgisi açılıb - FOTO

26 dekabr tarixində İçərişəhərdə, Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb.

1news.az xəbər verir ki, sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunur.

Milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır.

“Qurama Art” sərgisində nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltəraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.

Sərgidə Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova, Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın əsərləri nümayiş olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgi Bakı Fotoqrafiya Evində 9 yanvar tarixinədək davam edəcək.

Paylaş:
511

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər