Gömrük postlarında növbə gözləyən yük maşınlarının sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük postlarında növbə gözləyən yük maşınlarının sayı açıqlandı

Qafar Ağayev17:50 - 28 / 12 / 2023
Gömrük postlarında növbə gözləyən yük maşınlarının sayı açıqlandı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 402 avtomobil gözləyir.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 3, “Biləsuvar” gömrük postunda 55, “Qırmızı Körpü” gömrük postunda 402, “Mazımqara” gömrük postunda 46, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda 3 yük maşını var.

Paylaş:
265

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər