Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib

Qafar Ağayev09:16 - 28 / 12 / 2023
Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

1news.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.

Gülşad Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Paylaş:
291

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər