Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası olub

09:47 - 28 / 12 / 2023
Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası olub

Bərdə rayonunda piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, dekabrın 27-də Habil Salahov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində hərəkətdə olan zaman yolu keçməkdə olan piyada - 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər