Hacı Surxay Məmmədli: “İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Surxay Məmmədli: “İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq”

Qafar Ağayev15:27 - 29 / 12 / 2023
Hacı Surxay Məmmədli: “İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq”

“Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaq”.

1news.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri hacı Surxay Məmmədli deyib.

O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri başqa ölkələrə bir örnəkdir: "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də bu sahəyə xüsusi qayğı göstərilir. İşğaldan azad olunan ərazilərimizdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən dini və tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ərazilərə səfərləri zamanı dini ibadət yerlərini də ziyarət edərək bərpası ilə bağlı tapşırıqlar veriblər. Erməni vandallarının işğal dövründə dağıtdıqları tarixi abidələrdən biri də Ağdamda yerləşən “İmarət” kompleksidir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar".

Paylaş:
329

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər