“Toyota”nın Çin və Avropa üçün istehsal etdiyi modellər arasındakı fərq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toyota”nın Çin və Avropa üçün istehsal etdiyi modellər arasındakı fərq - VİDEO

10:32 - 29 / 12 / 2023
“Toyota”nın Çin və Avropa üçün istehsal etdiyi modellər arasındakı fərq - VİDEO

Qeyri-rəsmi şəbəkələr vasitəsilə Çin və ərəb ölkələrindən Azərbaycana gətirilən Toyota avtomobillərini əldə edənlər maraqlı suallarla çıxış edirlər və soruşurlar ki, bu maşınlar arasında nə kimi fərq var.

Hətta həmin şəbəkələrin öz adlarından “zəmanət” təqdim etməsi də sual doğurur. Ancaq sonradan belə maşın sahibləri həmin “zəmanət”dən faydalana bilmir.

Bu və digər məsələlərlə bağlı araşdırma aparan nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı “Toyota”nın Avropa və Çin üçün istehsal olunan “Corolla” modelləri arasında fərqi izah edib. O bildirib ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.

Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulub və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir. “Ona görə də, Çindən və Ərəb ölkələrindən idxal olunan və bu yeni avtomobilləri qeyri-rəsmi şəbəkələrdən əldə edən şəxslər sonradan hər hansısa bir zəmanət məsələsi ilə üzləşdikdə çox təəssüf ki zəmanət çərçivəsində köməksiz qalırlar. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir.”

Toyota Qafqaz şirkətinin Azərbaycandakı üzrə nümayəndəsi Sabir Kazımzadə qeyri-rəsmi şəbəkələrin təqdim etdiyi “zəmanət”ə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda yalnız rəsmi Toyota mərkəzləri Toyota avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər. “İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrin bəzən birinin dəyəri 30-35.000 ABŞ dollarına çatır. Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanətlə heç bir ələqasi yoxdur. Bu riskləri hər zaman nəzərə almaq lazımdır. Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətinə dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər? Göründüyü kimi bır sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar”.

O ki qaldı Toyota-nın iki fərqli region üçün istehsal olunan modelləri arasındakı fərqə, bunu təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.

Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi, Toyota Gəncə Mərkəzidir. Bu mərkəzlərdə Toyota tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək standartlara uyğun xidmət göstərir.

Paylaş:
1251

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər