“İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filminin təqdimatı olub
“Heydər Əliyev ili” çərçivəsində İctimai Televiziya və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin istehsal etdiyi ekran əsəri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərə, mədəniyyətimizə, sənət nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısından bəhs edir.
1news.az xəbər verir ki, Filmdə Azərbaycan Memarlar İttifaqının sədri, əməkdar memar Elbay Qasımzadə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, İçərişəhərə ayırdığı diqqətdən bəhs ediblər.
Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatları - Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və Nigar Arpadarai, Xalq rəssamı Səlhab Məmmədov, İctimai Televiziyanın yaradıçı heyəti və digərləri iştirak edib.