Razi Nurullayev: “Boşanmaların sayının artmasında işsizlik və bahalçılıq rol oynayır”
“Bazarlarda və marketlərdə çox oluram, qiymətlər həddindən artıq bahadır”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev çıxışda deyib.
“Marketlərdə məhsulların üzərində 50 faiz endirim olur, ancaq həmin qiymət 2 il bundan əvvəlki qiymətlərdən baha olur.
Deputat bildirib ki, eyni zamanda işsizlik problemi də mövcuddur.
“Mən araşdırma aparmışam, boşanmaların sayının artmasında işsizlik və bahalıq rol oynayır. Dövlət bununla bağlı tədbirlər görsə də, yenə də yetərli deyil. Bahaçılığı idarə etmək üçün dövlət tərəfindən müvəqqəti yardım kampaniyası aparılmalıdır”.
287