Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb

10:31 - 01 / 01 / 2024
Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb

Yeni ildə Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb.

Bu barədə 1news.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər