Ötən gecə vətəndaşın atdığı fişəng Abşeron və Binəqədinin bəzi ərazilərini işıqsız qoyub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gecə vətəndaşın atdığı fişəng Abşeron və Binəqədinin bəzi ərazilərini işıqsız qoyub

Qafar Ağayev12:17 - 01 / 01 / 2024
Ötən gecə vətəndaşın atdığı fişəng Abşeron və Binəqədinin bəzi ərazilərini işıqsız qoyub

Ötən gecə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə vətəndaşın atdığı fişəng nəticəsində “Azərişıq” ASC-yə məxsus yarımstasiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35kV-luq əsas xətt, həmçinin 6 Kv-luq yeraltı kabellər zədələnib.

1news.az -ın əldə etdiyi məlumata görə, nəticədə 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.

“Azərişıq”dan abonentlərə bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib:

“Qeyd edilib ki, ərazidən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Paylaş:
484

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər