Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Qafar Ağayev09:35 - 02 / 01 / 2024
Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Biləsuvar rayonunda əməliyyat zamanı, ümumilikdə, 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Paylaş:
212

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər