Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Qafar Ağayev14:06 - 03 / 01 / 2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb.

Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
358

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər