Neftçalada 27 yaşlı oğlan intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada 27 yaşlı oğlan intihar edib

17:26 - 03 / 01 / 2024
Neftçalada 27 yaşlı oğlan intihar edib

Neftçala rayonunda intihar hadisəsi olub.

1news.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
555

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər