Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib

14:18 - 04 / 01 / 2024
Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisələr son 3 gün ərzində baş verib.

Belə ki, ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
264

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər