Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

14:50 - 04 / 01 / 2024
Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər