Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ölüb

15:36 - 04 / 01 / 2024
Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ölüb

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1news.az "Report"a istinadən məlumat verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Seymur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.

Paylaş:
236

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər