Ağdam rayonunun Qaradağlı kəndində fərdi ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam rayonunun Qaradağlı kəndində fərdi ev yanıb

16:56 - 04 / 01 / 2024
Ağdam rayonunun Qaradağlı kəndində fərdi ev yanıb

Ağdam rayonunun Qaradağlı kəndində fərdi evdə yanğın olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Həmidov Hüsaməddin Həmid oğluna məxsus birmərtəbəli beşotaqlı ev yanıb. Yanğın zamanı ailə üzvləri evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Ağdam yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyaları ilə birlikdə yanıb.

Hadisənin elektrik naqilində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər