Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

14:42 - 05 / 01 / 2024
Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibirli avtomat patronları aşkar olunub. Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
214

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər