İmişlidə ağacları kəsən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə ağacları kəsən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub

10:25 - 05 / 01 / 2024
İmişlidə ağacları kəsən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub

İmişlidə ağacları kəsərək təbiətə ziyan vuran şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə. Mehdiyev saxlanılıb.

Kəsilmiş ağaclar maddi sübut kimi götürülüb.

Təbiətə ziyan vuran Ə. Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Paylaş:
267

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər