Bakıda güclü külək yaşayış binasının damını uçurub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü külək yaşayış binasının damını uçurub - VİDEO

15:59 - 06 / 01 / 2024
Bakıda güclü külək yaşayış binasının damını uçurub - VİDEO

Bakıda güclü külək yaşayış binasının damını uçurub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.

Paylaş:
380

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər