Sumqayıtda iki mikroavtobus toqquşub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

09:22 - 06 / 01 / 2024
Sumqayıtda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Əliyev Nazim Əyyub oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Məmmədov Elxan Qulu oğlunun idarə etdiyi "Mercedes" markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.

Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Məmmədova Elmina Məhəmməd qızı, 1973-cü il təvəllüdlü Adıyeva Vəfa Qardaşxan qızı, 2007-ci il təvəllüdlü Məmmədli Sevda Zaur qızı və 1998-ci il təvəllüdlü Atakişiyeva Türkan Atakişi qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
229

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər