Aygün Bəylərin nəşi Bakıya gətirilib - FOTO - YENİLƏNİB
Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) nəşini gətirən təyyarə Bakıda eniş edib.
1news.az Trend-ə istinadən xəbər verir ki, 48 yaşında dünyasın dəyişən Əməkdar artistin cənazəsini ailə üzvləri və rəsmi şəxslər qəbul edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Mərhum sənətçi ötən gecə Ankara şəhərində, xəstəxanada vəfat edib.
***
13:00
Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: "Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək. Təyyarə Türkiyə saatı ilə 14:00-da yola düşəcək.