Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb
Yanvarın 4-də Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti açıqlanıb
TƏBİB-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.
“ Vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir. Zəruri tədbirlər görülməkdə davam edilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda əraziyə təcili tibbi maşınının gəlmədiyinə dair məlumat yayılıb. TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.