Vilayət Eyvazov Gədəbəydə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov Gədəbəydə vətəndaşları qəbul edəcək

10:07 - 07 / 01 / 2024
Vilayət Eyvazov Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il yanvar ayının 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.01.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər