DİN: Bir həftədə vətəndaşlardan 100 tüfəng, 16 avtomat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Bir həftədə vətəndaşlardan 100 tüfəng, 16 avtomat götürülüb

15:23 - 08 / 01 / 2024
DİN: Bir həftədə vətəndaşlardan 100 tüfəng, 16 avtomat götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər 2024-cü ildə də fasiləsiz olaraq davam etdirilir.

DİN-dən 1news.az-a verilən xəbərə görə, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər.

Belə ki, polis əməkdaşları yeni ilin ilk həftəsində vətəndaşlardan ümumilikdə müxtəlif markalı 10 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd qumbara, 2 alışdırıcı, 11 ədəd patron darağı, 59 ədəd müxtəlif markalı tüfəng və 551 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Eyni zamanda qanunsuz saxlanılan odlu silahların aşkar olunaraq götürülməsi istiqamətində də polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Yeni ilin ilk həftəsində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumilikdə 6 ədəd avtomat silahı, 4 tapança, 8 patron darağı, 41 ədəd müxtəlif markalı tüfəng və 166 ədəd müxtəlif çaplı patron da aşkar olunaraq götürülüb.

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik", DİN-dən bildirilib.

Paylaş:
368

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər